Kürdəmirdə avtomobillə motosiklet toqquşub, ölən var - FOTO

30 Noyabr 2024 18:43

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadla bildirir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunda qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Tahir Abdullayev hadisə yerində ölüb.

Fakt araşdırılır.

Milli.Az