Paşinyan Azərbaycanla bağlı oğurluğa belə göz yumdu - VİDEO

30 Noyabr 2024 18:29

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə saxtakarlığı ilə diqqət çəkib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, onun mədəni istirahəti zamanı baş verib.

Belə ki, qızı Məryəmlə operaya gedən Paşinyan, buradan lentə aldığı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Diqqət çəkən məqam isə ondan ibarət olub ki, səhnədə dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası ifa olunub.

Ermənistan Dövlət Caz Orkestrinin konsertində iştirak edən Paşinyanın, ermənilər tərəfindən oğurlanan operettanı dinləməkdən zövq aldığı paylaşdığı videoda öz əksini tapıb. Oğurluğa dövlət rəhbərliyi səviyyəsində göz yumulmasının isə yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Qeyd edək ki, "O olmasın, bu olsun" Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediyadır. Musiqili komediya əsasında 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən eyniadlı film çəkilib.

Milli.Az