Əməkdar artist: "Bayağı müğənnilərə cinayət işi açılmalıdır"

30 Noyabr 2024 17:25

Bayağı musiqilərlə xalqı aldadırlar. Təbliğat böyükdür. Bayağı musiqiləri inkişaf etmiş dövlətlər qəbul edir? Gərək keçmişimizi unutmayaq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, Əməkdar artist Cabir Abdullayev "Zaurla Günaydın" verilişində deyib. Müğənni bayağı mahnı oxuyanları tənqid edib.

O bildirib ki, belə ifaçılara cinayət işi açılmalıdır:

"Misal üçün kimsə bir xəta edib, qanunu pozur. Sonra həmin şəxsi çağırıb cinayyət törətdiyinə görə cinayyət işi açırlar. Bizim bu musiqimizdə də cinayyət törədənlərə və körlayanlara cinayyət işi açılmalıdır. Olmaz, musiqi bu xalqın sərvətidir, ona toxunmaz olmaz. Bir də görürsən ki, əlində mahnı ilə gəlib deyir, musiqisini də, sözlərini də özüm yazmışam. Bu xalqı aldatmaq olmaz".

2. "Şövkət Ələkbərova sağ olsaydı, bəlkə də bu gün bu qədər bayağı musiqilər olmazdı. Əvvəl də bunlar var idi. Amma indiki qədər deyildi".
Axşam.az xəbər verir ki, sözləri Əməkdar artist Almaz Orucova "Zaurla Günaydın" verilişində deyib. Müğənni verilişlərə dəvət olunan bayağı ifaçılardan danışıb:
"İndi bir çox müğənnidə ifadan və sənətdən başqa hər şer var. Bəzən bizə deyirlər ki, ifanı nə edirsiniz, geyiminizə, ona-buna baxın. Biz onu edə bilmərik. Bizim ailə və aldığımız sənət tərbiyəsində elə bir şey yoxdur ki, sənəti kənara qoyaq, geyimimiz və ya bədən görüntümüzlə pul qazanaq. Xeyr, biz bunu edə bilmərik. Heç etməyəcəyik də".

Milli.Az