Bakıda “Porsche” qəzaya düşdü: yanğın oldu

30 Noyabr 2024 16:33

Bakıda iki avtomobil toqquşub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda "Porsche" və "Fiat" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az