Bərdədə dörd kiloqram marixuana aşkarlandı

30 Noyabr 2024 16:43

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı ünvana baxış zamanı dörd kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Milli.Az