BDU-nun əməkdaşını maşın vurdu

30 Noyabr 2024 15:53

Bakıda, Yasamal rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, 1939-cu il təvəllüdlü Nurəddin Fərəcovu avtomobil vurub.

O, təcili olaraq xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Zərərçəkmiş şəxs Bakı Dövlət Universitetində mühəndis vəzifəsində çalışır.

Milli.Az