İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat

30 Noyabr 2024 19:54

19:54

Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.

Ailənin verdiyi məlumata əsasən, Leyla noyabrın 24-də kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.

Leylanın qayınatası gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.

Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

-------------
13:06


Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı noyabrın 24-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Leyla Heydərovanın boyu 170 sm, gözləri qəhvəyidir. O, evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.

İtkin barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az