Biləsuvarda avtobus “KAMAZ”la toqquşdu - Yaralılar var - Yenilənib - VİDEO - FOTO

30 Noyabr 2024 21:25

21:25

Biləsuvarda avtobusla "Kamaz"ın toqquşması nəticəsində xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə köçürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu səhər Biləsuvarda avtobusla "Kazmaz"ın toqquşması nəticəsində xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Bakı şəhərinə, xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, qəzada ağır xəsarət alan T. Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

----------
11:02

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, Naxçıvadan gələn avtobus "KAMAZ"la toqquşub.

İlkin məlumata görə qəza nəticəsində xəsarət alanlar var.

Milli.Az