Türkiyədə "Yenidoğan Çetesi" adı ilə tanınan körpə ölümləri və qanunsuz gəlir əldə etmə ittihamları ilə üzləşən dəstənin məhkəmə prosesi davam edir.
Milli.Az xəbər verir ki, özəl xəstəxanaların fəaliyyətində baş verən qanunsuzluqlarla bağlı ittiham edilən şəxslər arasında Esenler Güney Xəstəxanasının sahibi Ayşə Müzeyyen Yurtoğlu da yer alıb.
Məhkəmə prosesində "Teyze" kod adı ilə tanınan və azadlıqda olan Ayşə Müzeyyen Yurtoğlu öz müdafiəsində belə deyib: "Mən orta məktəb məzunuyam. Almaniyada uzun illər çalışmışam. 1984-cü ildə sığorta haqlarımın davam etməsi üçün Esenler Güney Xəstəxanasını aldım və o vaxtdan bəri həmin xəstəxananın sahibiyəm. Nəvələrim bu xəstəxanada doğulub, özüm də burada əməliyyat olunmuşam."
Xatırladaq ki, "Yenidoğan Çetesi" adlı qrup xəstəxanalarda körpə ölümlərinə səbəb olmaq və qanunsuz gəlir əldə etmək ittihamları ilə məsuliyyətə cəlb olunub. İşin istintaqı və məhkəmə prosesi davam edir.
İsmayıl
Milli.Az