Türkiyə klublarının UEFA-dan əldə etdiyi gəlirlər - "Qalatasaray"ın fantastik qazancı

30 Noyabr 2024 18:15

Türkiyə klublarının UEFA-dan qazandığı gəlirlər məlum olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəni Avropa yarışlarında təmsil edən klubların bu mövsüm UEFA-dan qazandıqları ümumi məbləğ açıqlanıb. Avropa arenasında çıxış edən komandalar arasında ən çox gəliri "Qalatasaray" əldə edib.

Çempionlar Liqasında çıxışına başlayan və Avropa Liqasında mübarizəni davam etdirən "Qalatasaray" UEFA-dan 13,325 milyon avro qazanıb. Bu sahədə ən yaxın rəqibi olan "Fənərbağça" ilə müqayisədə gəlir demək olar ki, iki dəfə artıq olub.

Digər təmsilçilərin UEFA-dan əldə etdiyi gəlirlər isə belədir:

Fənərbağça: 7,460 milyon avro
Beşiktaş: 6,335 milyon avro
RAMS Başakşehir: 4,073 milyon avro
Trabzonspor: 1,275 milyon avro

Avropada mübarizəsini erkən dayandıran "Trabzonspor" digər klublarla müqayisədə ən az gəlir əldə edib.

Qeyd edək ki, Türkiyə klublarının Avropadakı çıxışları həm ölkə futboluna maliyyə töhfəsi verir, həm də UEFA reytinqində mövqelərinin yüksəlməsinə kömək edir.

Fidan
Milli.Az