2 yaşlı uşaq xəstəxanada öldü

29 Noyabr 2024 23:29

Sabirabad sakini olan 2 yaşlı uşaq Şirvan xəstəxanasında ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Sabirabad rayonunun Qaragüney kənd sakini 2 yaşlı

(2022-ci il təvəllüdlü) T. B. pnevmaniya şübhəsi ilə ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılıb.

Həkimlərin intensiv terapiya cəhdlərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az