Bakıda fəaliyyət göstərən avtobusun damından su axır. Axan su oturcaqları və içərini isladır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı görüntülər metronun "Gənclik" stansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəkət edən M8 marşrut avtobusunda lentə alınıb.
Görüntüləri sərnişinlərdən biri - Nicat Məmmədov lentə alıb. Onun sözlərinə görə, yağışlı havadan qorunmaq üçün avtobusa minən sərnişinlər yağışı bu dəfə içəridə hiss ediblər.
Məsələ ilə bağlı "Baku Bus" MMC-dən bildirilib ki, baş verən nasazlıqla bağlı dərhal avtobus təmirə aparılıb.
O da bildirilib ki, avtobusların sazlığı və isitmə sistemləri mütəmadi olaraq nəzarətdən keçirilir.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Milli.Az