Türkiyədə iki qrup arasında qız məsələsinə görə mübahisə düşüb.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, hadisə böyüdükcə tərəflərdən biri olan B.B silahla qarşı tərəfdəki 4 nəfəri güllələyib.
Hadisə zamanı yaralanan Azad Demir, Abdurrahim Doğan və Mehmet Sait Medeni həyatını itirib, A.M adlı şəxs isə yaralanıb.
Hadisədən sonra şübhəli B.B. və onunla birlikdə olan 2 dostu jandarma qrupları tərəfindən nəzarətə alınıb.
Milli.Az