Gürcüstan səfiri istefa verdi - Aksiyaya dəstək üçün...

29 Noyabr 2024 18:04

Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili istefa verib.

Milli.Az xəbər verir ki o, bu barədə X (keçmiş Twitter) platformasında paylaşım edərək, Gürcüstanda Avropa inteqrasiyasına qarşı hökumətin addımlarına etirazını bildirib və dinc nümayişçilərlə həmrəylik ifadə edib.

Diplomat bildirib ki, illərlə Gürcüstanın Avroatlantik inteqrasiyası üçün çalışıb və bu səylərin zəiflədilməsinə qarşıdır. Berdzenişvili etirazçılara qarşı zorakılığı qınayaraq tam həmrəylik bəyan edib.

Bundan əlavə, Gürcüstan mətbuatına görə, daha 211 diplomat Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına qarşı açıq məktub imzalayıb. Kobaxidzenin bu açıqlamasından sonra ölkədə genişmiqyaslı müxalifət aksiyaları və toqquşmalar baş verib.

Nərmin
Milli.Az