Ebru Gündeş 12 yaş kiçik ərindən boşanır - FOTO

29 Noyabr 2024 16:35

Türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemirdən boşanacağı barədə məlumat yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə  "Söylemezsem Olmaz" verilişində danışıb.

Cütlük evlərini ayırıb. Ebru hazırda Dubaydakı evində, Murat isə hoteldə qalır.

Onların məhkəmə prosesi iki gün sora baş tutacaq.

Qeyd edək ki, Ebru Gündeşlə Murat Özdemir bu ilin fevralın 27-də ailə qurub. Ebru həyat yoldaşından 12 yaş böyükdür.

Fidan
Milli.Az