“Beşiktaş”da "Yarpaq tökümü" - Bronxost da QOVULDU

29 Noyabr 2024 15:40

Türkiyənin "Beşiktaş" klubu düşdüyü böhrandan qurtara bilmir. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda bu dəfə niderlandlı baş məşqçi Covanni van Bronxostla yollarını ayırmaq qərarına gəlib. 

Son günlər olan uğursuz nəticələrə "Makkabi" məğlubiyyətinin (1:3) əlavə olunması bardağı daşıran son damla olub. Onun yerinə yenidən Sərgən Yalçının gətiriləcəyi deyilir.

Xatırladaq ki, daha öncə klubun prezidenti Hasan Arat, idman direktoru Samet Aybaba, vitse-prezident Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Fridel da istefa ərizələrini yazıblar.

Tural
Milli.Az