Özgür Özəl barəsində istintaq başladıldı - FOTO

29 Noyabr 2024 16:20

CHP sədri Özgür Özəl haqqında istintaq başladılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özellə bağlı araşdırma başladıb.

Baş Prokurorluğun başlatdığı araşdırmaya səbəb kimi "dövlət məmurunu təhqir etmə" və "hədəf göstərmə" göstərilib.

Qeyd edək ki,Özgür Özel İstanbul baş prokuroru Akın Gürlekə qarşı təhqir xarakterli ifadələr səsləndirib. CHP sədri mediaya açıqlama verərək, A.Gürleki tənqid edib: "Gün gələr, mən yenə burada dayanaram. Sən isə kim bilir, hansı sosial media hesabından bizə hücum edərsən. Sənə xəbərdarlıq edirəm, bir ölkənin taleyi ilə oynama".

Onun Gürleklə bağlı səsləndirdiyi bu fikirləri barəsində araşdırma başladılmasına səbəb olub.

Nərmin
Milli.Az