Qarabağda bu şəhərlərdə yüksək əmək haqqı verilir - SİYAHI

29 Noyabr 2024 12:01

2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.

Milli.Az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.

Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9406 nəfər) olub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə orta aylıq nominal əməkhaqqı 1771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.

Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı məbləği verilib:

     
Azad edilmiş ərazilər Muzdla çalışan işçilərin sayı, min nəfər Orta aylıq əmək haqqı manatla
Ağdam rayonu 12766 640,6
Füzuli rayonu 9406 605,3
Laçın rayonu 7829 650,2
Kəlbəcər rayonu 6514 628,1
Cəbrayıl rayonu 3238 717,1
Şuşa rayonu 2624 891
Qubadlı rayonu 2523 809,5
Zəngilan rayonu 2105 883,5
Xocavənd rayonu 1388 692
Xocalı rayonu 1192 760,5
Xankəndi şəhəri 234 1771,4
Ağdərə rayonu 132 926,2

Xatırladaq ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768,3 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.

Milli.Az