Dünyanın ən zəngin adamı mirasını açıqladı - Paylanılması 10 il çəkəcək

29 Noyabr 2024 14:26

Dünyanın 3-cü ən zəngin adamı və Omaha Oracle kimi tanınan milyarder Uorren Baffet 94 yaşında vəsiyyətini açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 150 milyard dollarlıq sərvətinin 99,5 faizini xeyriyyə işlərinə bağışlayan Baffetin mirasının bölüşdürülməsinin 10 il çəkəcəyi bildirilir.

Amerikanın ən məşhur iş adamı Warren Buffett mövzu ilə bağlı məktubunda sərvətinin sülalələrinin şəxsi inkişafa xələl gətirə və münasibətləri çətinləşdirə biləcəyini qeyd edib.

O, məktubda "Mən heç vaxt bir sülalə yaratmaq və ya övladlarımdan kənar plan qurmaq istəməmişəm. Mən onların üçünü də çox yaxşı tanıyıram və onlara tam etibar edirəm" deyib.

Milli.Az