Parlamentin yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 32 polis əməkdaşı xəsarət alıb.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
"Qeyri-qanuni və zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Onlardan 13-nə cərrahi müdaxilə tələb olunub" .
Tbilisidə və Gürcüstanın digər şəhərlərində bütün gecə səhərə qədər paytaxtın Rustaveli prospektində iğtişaşlar baş verib, Etirazçılarla polis arasında toqquşmalar olub. Gürcüstanın xüsusi təyinatlı qüvvələri qərbyönlü müxalifət üzvlərinin qurduqları barrikadaları dağıdıb, onları gözyaşardıcı qaz, tüstü bombası və şırnaqla mərkəzi meydandan uzaqlaşdırıb.
Səhərə yaxın vəziyyət sakitləşib.
Qeyd edək ki, etiraz Gürcüstanın baş naziri İrakli Kobaxidzenin cümə axşamı günü hakimiyyətin 2028-ci ilin sonuna qədər Aİ ilə üzvlük danışıqlarının açılması məsələsini gündəmə gətirməmək və Avropa İttifaqından büdcə qrantlarını qəbul etməmək qərarına gəldiyini söyləməsindən sonra başlayıb. Etirazlar ölkənin digər böyük şəhərlərində, o cümlədən Kutaisi, Zuqdidi, Batumidə də keçirilir.
Nərmin
Milli.Az