Qubada qadın qoz üstündə kişinin başını yardı

29 Noyabr 2024 23:07

Quba rayonunun Gədikqışlaq kəndində qoz bağlarında fəhlələr arasında dava ilə bağlı məhkəmə qərar verib.

Milli.Az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, fəhlələr arasında bağdan icazəsiz qoz aparmaq istəmələri səbəbindən mübahisə yaranıb. Mübahisə davaya çevirilib. Bu zaman iki nəfər xəsarət alıb.

Belə ki, 1998-ci ildə Gədikqışlaq kəndində anadan olmuş Fərid həmin bağda fəhlə işləyib. Onun atası Fazil isə bağın nəzarətçisi olub.

Bağda fəhlə işləyən qızlar atasından icazə almadan qoz aparmaq istəyəndə Fərid etirazını bildirib. Bu zaman aralarında mübahisə baş verib, daha sonra davaya çevrilib.

Dava zamanı Nərgiz adlı qadın Fəridin üstünə gedərək, baş nahiyəsinə bir neçə dəfə vurub. Sonra digər qadınlar onları ayırıblar. Dava zamanı xəsarət alan Nərgiz və Fərid bir-birindən polisə şikayət ediblər.

Məhkəmə hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, 300 manat cərimə edib.

Milli.Az