5 hərbçi və 1 mülki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Milli.Az xəbər verir ki, məlumata görə maşınlardan biri əks tərəfdən hərəkət etdiyindən qəza qaçılmaz olub.
"Avtobusla gəlirdik. Sürücü qışqırdı ki, üstümüzə maşın gəlir. Yanımızdan keçib getdi. Bir də eşitdik ki, həmin avtomobil qəzaya uğrayıb", - hadisə şahidi deyib.
Qeyd edək ki, "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. "VAZ"da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib.
Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Milli.Az