Samuxda sahibkarlara güzəştli kreditlər verilib
27 May 2010 18:48
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və iş adamlarının maarifləndirilməsinə yönəldilmiş tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 240-a yaxın sahibkar iştirak edib.
Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri qurumun güzəştli kreditləri hesabına "Azrus-Dostluq" ASC tərəfindən inşa edilmiş istixana şəraitində tərəvəz məhsullarının istehsalı sahəsi və "Ruzi Toxumçuluq" MMC-nin heyvandarlıq kompleksinin fəaliyyəti ilə tanış olub.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Samux və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə 388 min manat məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 51 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Milli.Az