Sevda İbrahimovanın 85 illiyinə həsr olunmuş “Məhəbbət işığı” adlı xatirə gecəsi keçirilib - FOTO

28 Noyabr 2024 14:57

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sevda İbrahimovanın 85 illiyinə həsr olunmuş "Məhəbbət işığı" adlı xatirə gecəsi keçirilib.

Konsertdə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Aleksey Miltıx (violonçel), Fəridə Məmmədova (soprano), Respublika və beynəlxalq müsabiqələr laureatları Mədinə Şahgəldiyeva (kamança) və Nərmin Rzayeva (piano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Sevda İbrahimovanın  "Əzizlərimin xatirəsinə" pyeslər silsiləsi,"Tez gəl", "Sənin sədaqətin" romansları, "Oyan Bülbül" və  "Məhəbbət işığı" fortepiano silsiləsi səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az