Yenidən Gürcüstanın Baş naziri oldu

28 Noyabr 2024 14:41

Gürcüstan parlamenti hökumətin tərkibinə etimad göstərib.

Milli.Az APA-ya istinadən bildirir ki, parlament yekdilliklə Baş nazir namizədi İrakli Kobaxidzenin təqdim etdiyi yenilənmiş Nazirlər Kabinetinə etimad göstərib.

Sessiyada iştirak edən 84 deputat lehinə səs verib. Yeni hökumətin tərkibində yalnız üç nazir postuna dəyişiklik edilib, bunlardan biri xarici işlər naziridir. Sabiq XİN başçısı İliya Darçiaşvilini Maka Boçorişvili əvəz edəcək.

Milli.Az