Ermənistanın himni dəyişir - Onu da bizdən oğurladılar

28 Noyabr 2024 14:17

Ermənistan hökuməti dövlət himninə dəyişiklik layihəsini təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və hakim "Mülki müqavilə" fraksiyasının iki müavini Taquhi Qazaryan və Sisak Qabrielyan "Ermənistanın himni haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi üçün qanunvericilik təşəbbüsü ilə çıxış ediblər.

Baş nazir Nikol Paşinyan bildirib ki, layihənin hazırlanmasında özü də iştirak edib.

Xüsusilə, himnin sonuncu misrasının birinci misradan sonra qoyulması təklif edilir ki, himnin mətni "Xalqının azadlığı uğrunda şəhid olana nə bəxtiyardır" sözləri ilə deyil,  "Qoy Ermənistan həmişə var olsun"sözləri ilə bitsin. 

Məlumata görə, himn aşağıdakı sözlərlə yekunlaşacaq:

"Üç rənglə bax ona,

Bir hədiyyə nişanəsi,

Düşməni məğlub etsin,

Ermənistanı fəth etsin".

Bu hissələr isə öz növbəsində Azərbaycan Respublikasının rəsmi dövlət himni ilə müəyyən oxşarlıq təşkil edir.

Nərmin Mahmudova
Milil.Az