İnanılmaz OLAY: Hakim prokuror ərini Məhkəmə sədri ilə yaxaladı

28 Noyabr 2024 13:55

Türkiyədə Ali məhkəmədə yasaq eşq qalmaqalı ölkə gündəmini zəbt edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakim prokuror ərini Ağır cinayətlər üzrə məhkəməsinin sədri ilə yaxalayıb.

Məhkəmə sədri özü ilə eyni məhkəmədə çalışan Cümhuriyyət Prokuroru H.C.  ilə iddiaya görə gizli eşq münasibəti yaşayıb. Prokurorun həyat yoldaşı, eyni məhkəmədə çalışan hakim ərini evə gəldikdə Ağır Cinayətlər üzrə Məhkəmənin sədri Y.G. ilə tutub. Özünü itirən sədr balkondan özünü yerə atıb qaçmağa çalışıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisə günü, Ağır Cinayət Məhkəməsinin sədri Y.G., prokurorun yaşadığı eyni binada yaşayan bir yaxınını ziyarət etməyə gedib. Ardınca da prokurorun dəvəti ilə evinə gedib. Bir müddət sonra, prokurorun boşanma prosesində olan hakim həyat yoldaşı qapını döyməyə başlayıb, amma açan olmayıb. İsrarla döyməyə davam edəndə, prokuror qapını açmaq məcburiyyətində qalıb. Qapının açılması ilə, ərini H.C. və Y.G.-ni qarşısında görən prokuror şok olub. 

Sözügedən səbəbdən hakim ilə prokuror cütlüyü boşanıblar. 

Hüseyn
Milli.Az