MDB ölkələrinin Hökumət başçıları Moskvaya toplaşacaq - Bu tarixdə

28 Noyabr 2024 16:58

Dekabrın 12-də Moskvada MDB ölkələrinin Hökumət Başçıları Şurası keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Birliyin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Qrozov məlumat verib.

"MDB ölkələrinin Hökumət Başçıları Şurası dekabrın 12-də Moskvada keçiriləcək", - o, Minskdə Birliyin daimi nümayəndələrinin iclasından əvvəl jurnalistlərə bildirib.

MDB Dövlət Başçıları Şurası MDB-yə üzv dövlətlərin bütün yüksək vəzifəli şəxslərinin daxil olduğu Müstəqil Dövlətlər Birliyinin ali orqanıdır. Əsas məsələlərlə, MDB nizamnaməsində dəyişikliklər, MDB orqanlarının strukturunda dəyişikliklərlə məşğul olur. Şuranın müntəzəm iclasları hər il keçirilir.

Nərmin
Milli.Az