Türkiyədə zəlzələ oldu

28 Noyabr 2024 11:30

Türkiyənin Kahramanmaraş bölgəsində 4.1 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Verilən məlumata görə, səhər saat 10:12-də Kahramanmaraşın Göksun rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin yerin 7,1 kilometr dərinliyində baş verdiyi müəyyən edilib.

Milli.Az