Böyrək daşı götürüldü, iki rekord qırdı - FOTO

28 Noyabr 2024 20:33

Şri-Lankada bir xəstədən dünyanın ən böyük böyrək daşı götürülüb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, daşın uzunluğu 13372 santimetr və çəkisi 801 qram olub.

Həkimlər tərəfindən götürülən daş iki dünya rekordu qırıb.

Əvvəllər Ginnesin Rekordlar Kitabına görə, uzunluğa görə rekord 2004-cü ildə Hindistanda müəyyən edilmiş 13 santimetrlik daş, çəkiyə görə isə 2008-ci ildə Pakistanda müəyyən edilmiş 620 qramlıq daş  olub.

Ginnesin Rekordlar Kitabı hər iki rekordun Kolombo Hərbi Xəstəxanasında çıxarılan Şri Lanka vətəndaşından çıxarılan daş tərəfindən qırıldığını təsdiqləyib.

Fidan
Milli.Az