Yağış nəticəsində yararsız hala düşən evlərin aqibəti necə olacaq?

28 Noyabr 2024 20:16

Gecə saatlarında Quba rayonuna yağan güclü leysan yağışları ciddi fəsadlara yol açıb.

Milli.Az xəbər verir ki, rayonun bir neçə kəndi və həmçinin Alekseyevka ərazisində yaşayış evlərinin həyətini su basıb. Yaranmış vəziyyətdən sakinlər çətin vəziyyətə düşüblər.

Alekseyevka bələdiyyəsinin sədr müavini Behbud Məmmədov bildirib ki, baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və tədbirlər görülür.

"Problem çox qısa zamanda aradan qaldırılacaq. Su çəkildikdən sonra lazımi orqanlarla birgə ziyan müəyyənləşdiriləcək". 

Aysel Əkbər
Milli.Az