Subay adamın evinə məhkəmədən boşanma məktubu göndərilib.
Milli.Az xəbər verir ki, İzmirdə subay adama boşanma ilə bağlı məhkəmə bildirişi yollayıblar.
İzmirin Bayraklı qəsəbəsində özəl şirkətlərdən birində işləyən Aytuğ Arduç evinə göndərilən məhkəmə kağızını gördükdə həyatının şokunu yaşayıb.
Heç vaxt ailə qurmayan Arduç ona göndərilən "evlilik münasibətinin əsaslı şəkildə sarsılması səbəbilə boşanma (iddialı)" yazılı bildirişi oxuyanda təəccüblənib. bildirişi araşdırmaq üçün vəkilinə müraciət edən Arduç məktubun səhvən hazırlandığını öyrənib. Amma bu qəribə vəziyyəti sevgilisinə izah etməkdə çətinlik çəkdiyini və məktuba görə qız ilə mübahisə etdiklərini söyləyib.
"Sevgilim var və ona bu vəziyyəti necə izah edəcəyimi çox düşündüm. Əvvəlcə mənə qəzəbləndi, hətta mübahisə etdik. Dedim ki, "Mənə boşanma bildirişi gəlib, həm də iddialı. İnanmadı, yalan dediyimi düşündü. Daha sonra səhvlik olduğunu başa saldım, o da anlayışla qarşıladı", - Aytuğ Arduç vəziyyəti belə izah edib.
İsmayıl
Milli.Az