AzTv və Real TV bu deputatları sərt tənqid etdi

28 Noyabr 2024 10:02

AzTv və Real TV-nin efirində bir sıra deputatlar sərt tənqid olunub. 

Milli.Az xəbər verir ki, Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu süjetdə bir sıra deputatları sərt tənqid edib. 

Milli Məclisin son iclasından danışan telekanal rəhbəri, bəzi deputatların populizmlə məşğul olduğunu, əsl işlərinin nədən ibarət olduğunu unutduqlarını deyib. O, bu mövzuda tənqid etdiyi deputatların adlarını da çəkib.

"Deputatlarımızın bəziləri millətin yox, sosial şəbəkələrin vəkili olmaq istəyir. 

Səyavuş Novruzov, Səyyad Salahlı, Arzuxan Əlizadə, Razi Nurullayev, Ceyhun Məmmədov müəllifin tənqid hədəfinə tuş gələn deputatlar siyahsında yer alıblar.

AzTv-nində efirində deputatlar sərt tənqid olunub. Dövlət televiziyasında xəbərlərin axşam buraxılışında Milli Məclisin iclası ilə bağlı süjet təqdim edilib. Süjetdə Siyavuş Novruzov, Səyyad Aran, Razi Nurullayev, Arzuxan Əlizadə və digər millət vəkilləri sərt tənqid edilib. 

Onların sosial mövzuları az qala çarəsizlik formulu üzərindən təqdim etmələri ölkədə həyata keçirilən dövlət siyasətinə xoşagəlməz fon yaratdığı bildirilib.

İnqilab Məmmədov
Milli.Az