Xatirə ilə Natavanın sözü çəp gəldi - FOTO

28 Noyabr 2024 08:24

Müğənni Xatirə islam Natavan Həbibinin bayağı mahnı ifaçılarınıtənqid etməsinə reaksiya verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu cür mahnı oxuyanların heç bir günahı olmadığını deyib:

"Bunun günahı həmin mahnıları sevənlərdədir. Oxuyan nə etsin? Oxuyan görür ki, təlabat "bozik" mahnılaradır".

Natavan isə Xatirənin bu sözlərinə etiraz edib və "Susa bilmərəm, bu mövzuda susanları da qınayıram. Bu mövzuya laqeyd, biganə yanaşmaq bizə yaraşmaz. Azərbaycan musiqisi peşəkarlardan bizə əmanətdir və biz əmanətə sadiq qalıb, onu zövqsüzlük və savadsızlıqla çirkləndirməməliyik. Tamaşaçının musiqi zövqünü korlamağa qarşıyam. Bu yolda savadlı, məktəb görmüş peşəkarlar əlindən gələni əsirgəməməlidir" sözlərini bildirib.

Qeyd edək ki, Natavan "Görürəm hamı hər şeydən razıdır, heç kimi heç nə narahat etmir. Narazı olub fikrimi bildirmək istəyəndə belə görürdüm ki, düz qəbul olunmur. Artıq tanışlıqlar, əlaqələr yaranıb" deyə, son günlər trend adlandırılan mahnıları tənqid edib.

Milli.Az