Tramp Ukrayna üzrə xüsusi elçi təyin etdi

27 Noyabr 2024 22:22

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, təqaüdçü leytenant general Keith Kellogg-u Ukrayna-Rusiya münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin edəcək.

Milli.Az xəbər verir ki, Tramp Kellogu "lap başlanğıcdan mənimlə birgə olan" şəxs kimi tərifləyib və onun seçilən hərbi və biznes karyerasını vurğulayıb.

"Birlikdə, GÜC SAYƏSİNDƏ SÜLHÜ təmin edəcəyik və Amerikanı, həmçinin dünyanı TƏHLÜKƏSİZ EDƏCƏYİK!" deyə Tramp bəyanatında bildirib.

Tramp, Ukrayna lideri Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin ilə əlaqələrindən istifadə edərək, Rusiyanın Ukraynadakı müharibəsinə sürətlə son qoymağı vəd edib. Bu isə Kiyevin tərəfdarları arasında narahatlıq doğurub ki, Tramp Ukrayna torpaqlarından imtina etməklə və ya onun gələcək təhlükəsizliyini təhlükəyə atmaqla sürətli bir razılaşma axtara bilər.

Reuters bildirir ki, Kellogun müharibəni bitirmək planı mövcud döyüş xəttlərini dondurmaq və hər iki tərəfi danışıqlara məcbur etməkdir.

Lalə Qüdrətova
Milli.Az