Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun konserti baş tutub.
Xormeystr Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelianın rəhbərliyi (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev) , Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, konsertmeystrlər Lalə Bağırzadə, Fərdin İlham Məhəmmədzadənin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Cəfər Həsənov (nağara), Şahnaz Əliyeva, Süleyman Süleymanov, Orxan Əlizadə, Səbinə Əlizadə, Zəminə Ağayeva və Fuad Həsənov dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan xalq və bəstəkar mahnıları səslənib. Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az