"Netflix"in ulduzu aeroportda 255 min manatlıq narkotiklə tutuldu - FOTO

27 Noyabr 2024 15:39

"Netflix"in məşhur "Too Hot to Handle" realiti şousunun 27 yaşlı ulduzu Olqa Bednarska İngiltərəyə 189 min dollar dəyərində narkotik vasitə keçirməyə cəhd edərkən saxlanılıb.

Milli.Az xəbər verir ki, Taylanddan Mançester hava limanına gedən Bednarska gömrük işçiləri tərəfindən böyük çantada gizlədilmiş 40 kiloqram narkotiklə saxlanılıb. Çantaların ona "Tex" adlı dostu tərəfindən verildiyini iddia edən Bednarska uçuş biletlərinin də həmin şəxs tərəfindən alındığını deyib.

Mahkəmədə məlum olub ki, Polşa əsilli və Mançester şəhərində yaşayan Olqa borc içində üzürmüş və lüks həyat tərzini qoruyub saxlamaq üçün qanunsuz işə əl atıb. O, borcunu ödəmək məqsədilə Tayland səfərinə razılaşıb və qarşılığında 18.000 funt qazanmaq üçün dizayner geyimləri və aksesuarlar gətirməyi qəbul edib. Lakin gömrükdə çantalardan altına gizlədilmiş narkotik vasitələr tapılıb.

Hakim John Potter onu iki il şərti cəza ilə 20 ay həbsə məhkum edib. Bundan əlavə, Bednarskaya 15 günlük reabilitasiya proqramı da tətbiq edilib.

İsmayıl
Milli.Az