Azərbaycanda tanınmış müəllim vəfat etdi

27 Noyabr 2024 12:51

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti Sabir İskəndərov vəfat edib.

Milli.Az bildirir ki, Sabir İskəndərov 1941-ci il iyunun 10-da Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1948-1959-ci illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1965-1966-cı illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda, 1966-1969-cu illərdə Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda mühəndis, 1969-1972-ci illərdə Moskva Hidromeliorasiya İnstitutunda kiçik elmi işçi, 1972-1975-ci illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, 1972-1982-ci illərdə BDU-nun Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasında baş müəllim, 1982-ci ildən həmin kafedranın dosenti kimi çalışıb.

Sabir İskəndərovun əsas tədqiqat sahəsi hidrometeorologiya, su ehtiyatları və ondan səmərəli istifadə və su təsərrüfatı hesablamaları olub. O, 100-ə yaxın elmi məqalənin və iki dərs vəsaitinin müəllifi idi.

BDU rəhbərliyi və kollektivi dosent Sabir İskəndərovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Milli.Az