Sahibə Qafarovadan deputatlara İRAD tutdu: Qulaq asdıqca adamı dəhşət bürüyür

27 Noyabr 2024 11:40

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların sosial sahədə problemlər barədə danışmasına münasibət bildirib.

Milli.Az bildirir ki, Sahibə Qafarova deputatları görülən işlərdən də danışmağa çağırıb.

"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?", - deyə sədr əlavə edib.

Milli.Az