Dünyanın ən əsəbi ölkələri - Ermənistan neçədədir?

27 Noyabr 2024 11:43

Türkiyə dünyanın ən aqressiv ölkələri siyahısında ikinci yerdədir.

Milli.Az xəbər verir ki, "Gallup"un "Global Emotions" tərəfindən yayımlanan 2024-cü il emosiyalarla bağlı hesabata əsasən dünyanın ən əsəbi ölkələri müəyyənləşdirilib. Siyahı, ölkələrin sosial-iqtisadi vəziyyətləri, gündəlik həyat çətinlikləri və əhalinin ümumi emosional durumu nəzərə alınaraq hazırlanıb. Araşdırma nəticəsində Türkiyə ikinci sırada qərarlaşıb.

Hesabata görə dünyanın ən aqressiv ölkəsi Livandır. Livan əhalisinin 49%-i özünü aqressiv hiss etdiyini bildirir. Türkiyə isə 48%-lik göstərici ilə ikinci yerdədir. Bu statistika, ölkədəki iqtisadi proseslərin və gündəlik həyat problemlərinin insanların əsəbi vəziyyətinə ciddi təsir etdiyini göstərir.

Dünyanın ən əsəbi ölkələri siyahısında ilk onluq belədir:

10. Nigeriya
9. Ekvatorial Qvineya
8. Syerra-Leone
7. Mali
6. İordaniya
5. Əfqanıstan
4. İraq
3. Ermənistan
2.Türkiyə
1.Livan

Hesabat, dünyada insanların ümumi emosional vəziyyətinə işıq tutaraq, bu vəziyyətin ölkələrin sosial-iqtisadi mənzərəsindən necə təsirləndiyini vurğulayır. Türkiyənin ikinci sırada olması, bu sahədəki problemlərin dərinliyini göstərir və insanların gündəlik həyatda özlərini həm aqressiv, həm də əsəbi hiss etdiklərini ortaya qoyur.

İslam
Milli.Az