Azərbaycanda baş verən avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

4 İyul 2012 21:35
APA-ya qəzanın baş verməsi barədə məlumat verən BDYP idarəsinin istintaq şöbəsinin müstəntiqi Vaqif Nəcəfov bildirib ki, hal-hazırda tikintisi gedən Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yolunun 13-cü km-də Bəhrəmtəpə istiqamətdə hərəkət edən, sürücü Ağcabədi rayonun Qaradolaq kənd sakini 1957-ci il təvəllüdlü Novruzov Cəfər İmran oğlunun idarə etdiyi "Mersedes" markalı 10 SP 898 dövlət nömrə nişanlı minik avtomobili, Türkiyə vətəndaşı, "Kolin" tikinti şirkətinin işçisi, 1982-ci il təvəllüdlü Ağalı Nataliya Qaçay qızının idarə etdiyi "Prado" markalı 90 NM 559 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

Nəticədə Ağcabədi sakini 55 yaşlı Cəfər Novruzov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Ağcabədi rayonunun Qaradolaq kənd sakini 1977-ci il təvəllüdlü Əliyev Siyavuş Bəndalı oğlu xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Milli.Az