Türkiyədə güclü zəlzələ oldu

27 Noyabr 2024 11:01

Türkiyədə səhər saatlarında 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, zəlzələ Bitlis şəhərində baş verib. Bu barədə AFAD məlumat yayıb. 

Səhər saat 05.50-də qeydə alınan zəlzələnin dərinliyi yerin 8,71 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə ətraflı məlumat yoxdur.

Musa
Milli.Az