Son 20 ildə 2 trilyon tondan çox yeraltı sudan istifadə Yerin fırlanma oxunu 80 santimetr şərqə doğru dəyişib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyət dəniz səviyyəsinin qalxmasına və iqlim böhranının dərinləşməsinə səbəb olur.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, hətta kiçik hərəkətlər də planetimizin taleyinə təsir edə bilər.
Araşdırmaya görə, 1993-2010-cu illər arasında suyun yerdən çəkilməsi dəniz səviyyəsinin təxminən 0,24 düym (0,6 sm) qalxmasına səbəb olub. Bu, okeanlara doğru hərəkət edən böyük su kütlələrinin dağıdıcı təsirini ortaya qoyur.
Seul Milli Universitetinin geofiziki Ki-Weon Seo vəziyyətlə bağlı "Ən kiçik müdaxilələrin belə böyük nəticələri ola bilər" sözlərini deyib.
Fidan
Milli.Az