Sahil Babayev AÇIQLADI: Bu rayonlarda olan işsizlər üçün...

27 Noyabr 2024 12:10

2030-cu ilə qədər Quba, Masallı, Sabirabad, Şəki, Cəbrayıl rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş yeni peşə hazırlığı mərkəzlərinin tikilməsi nəzərdə tutulub. 

Milli.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

"2025-ci ildə Quba peşə hazırlığı mərkəzinin istifadəyə verilməsi, maddi-texniki bazasının müasir standartlara uyğun şəkildə qurulması nəzərdə tutulub", - deyə S.Babayev əlavə edib.

O bildirib ki, işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsilinin təşkili üzrə il ərzində 16 mindən çox müdavimin peşə hazırlığına cəlb olunması istiqamətində işlər görülür. 2025-ci ildə bu istiqamətə 35 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.  

 "Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kursları təşkil edilir. Mövcud peşə siyahısı əmək bazarının tələbinə uyğun olaraq yenilənir", - nazir qeyd edib.