"HƏMAS-ı məhv etməkdə qərarlıyıq"

27 Noyabr 2024 20:01

Xəbər verdiyimiz kimi, İsrail Nazirlər Kabineti Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir Binyamin Netanyahu qərardan sonra açıqlama verib.

Netanyahu bəyan edib ki, Hizbullah razılaşmanı pozarsa, İsrail yenidən Livana zərbə endirəcək; "ABŞ-ın tam razılığı ilə biz hərbi əməliyyatlarda tam azadlığı saxlayırıq. Əgər Hizbullah müqaviləni pozarsa və silahlanmağa cəhd edərsə, hücuma keçəcəyik".

İsrailin baş naziri sözlərini belə davam etdirib: "Qəzzada qalan girovları geri qaytarmağa hazırıq. Şimalda yaşayan bütün vətəndaşlarımız evlərinə qayıdacaq. HƏMAS-ı məhv etməkdə qərarlıyıq".

Nərmin
Milli.Az