Sərdar Ortacla bağlı qərar verildi

26 Noyabr 2024 22:42

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı mübarizə çərçivəsində məşhurlar və sosial media fenomenlərinə qarşı aparılan əməliyyatlar barədə xəbərlər gəlməkdə davam edir.

Milli.Az xəbər verir ki, Serdar Ortaçın vəkili Esennur Ezgi müğənninin ev dustaqlığı şəklində tətbiq olunan məhkəmə nəzarətinin ləğvi üçün məhkəməyə müraciət edib. Ağır Cinayətlər Məhkəməsi vəkilin müraciətini nəzərdən keçirərək Serdar Ortaçın ev dustaqlığını ləğv edib. 

Xatırladaq ki, Serdar Ortaç və Mehmet Ali Erbil haqqında ev dustaqlığı barədə qərar verilmişdi. 

O, yenidən dekabrda hakim qarşısına çıxarılacaq.

İsmayıl
Milli.Az