Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Böyük Britaniyanın Moskvadakı səfirinə ölkəyə daxil olarkən Britaniya səfirliyinin əməkdaşlarına dair yalan məlumatlar təqdim etdiyinə görə etiraz notası verilib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Nazirlikdən qeyd edilib ki, Moskva Britaniya xüsusi xidmət orqanlarının Rusiya ərazisində bəyan edilməmiş əməkdaşlarının fəaliyyətinə göz yummayacaq.
"Rusiyadakı britaniyalı diplomatlara münasibətdə bu ölkənin səfirliyinin əməkdaşları tərəfindən sorğu anketlərinin doldurulması tələbləri sərtləşdiriləcək... London diplomatların ölkədən çıxarılmasından sonra vəziyyəti gərginləşdirərsə, Rusiya dərhal buna reaksiya verəcək", - bəyanatda göstərilib.
Milli.Az