15-ci uşaqlarına raket adı qoyacaqlar

26 Noyabr 2024 20:36

Naberejnıye Çelnıdan olan ailə 15-ci övladına Rusiyanın yeni sınaqdan çıxardığı "Oreşnik" raket sisteminin şərəfinə ad qoymağı planlaşdırır.

Milli.Az unikal-a istinadən xəbər verir ki,  bu barədə rusiya mediasına açıqlamasında körpənin valideynləri bildirib.

Bundan əvvəl onlar 14-cü övladına Rusiya-Svyatosiya-Svyatorossiya adını qoyublar.

Qeyd edək ki, "Oreşnik" raket sisteminin mövcudluğu noyabrın 21-də Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətindən sonra məlum olub. Bu, 5,5 min km-ə qədər mənzilli, səs sürətindən 10 dəfə yüksək sürətə çata bilən orta mənzilli ballistik raketdir.

Milli.Az