Samir Abasov braziliyalı hücumçunu göndərdi

26 Noyabr 2024 19:01

"Neftçi" Andre Şinyaşiki ilə yolları ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki "Neftçi"nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.

Milli.Az