Zelenski niyə xanımından ayrı yaşayır?

26 Noyabr 2024 17:22

Ukraynanın birinci xanımı Yelena Zelenskaya övladları ilə birgə yaşadığı yeri açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İtaliyanın "Rai" telekanalına müsahibə verən xanım Zelenskaya hazırda Kiyevdə yaşadıqlarını deyib.

Bunu uşaqlarının təhlükəsizliyi məsələsi ilə bağlayan birinci xanımı bütün təfərrüatı açıqlaya bilməyəcəyini bildirib.

Yelena Zelenskaya işgüzar görüşlərə, həmçinin xarici səfərlərə getsə də, övladları həmişə Kiyevdə qalırdığını açıqlayıb.

O, bildirib ki, əri ilə ayrı yaşasalar da, bir-biri ilə görüşüb vaxt keçirirlər.

Musa
Milli.Az